Dünyanın ən təhlükəli iki cihadçı qrupu qarşı-qarşıya gəldi - VİDEO
Dünyanın ən təhlükəli iki cihadçı qrupu – Əl-Qaidə ilə əlaqəli JNIM ( İslam və Müsəlmanlara Dəstək Camaatı Təşkilatı ) və İŞİD-in Sahel əyaləti – Malidə bir-birinə qarşı mübarizəni yenidən gücləndirib.
TodayPress TV xəbər verir ki, xarici KİV-in məlumatına görə, İŞİD-in Sahel əyaləti Burkina Faso sərhədi yaxınlığında, Ndaki ətrafında JNIM mövqelərinə pusqu qurub.
Hadisə iki qrup arasında yeni qarşıdurmaların başlanmasına səbəb olub.
JNIM və İŞİD 2020-ci ildən etibarən Liptako-Qurma bölgəsinə nəzarət uğrunda açıq müharibə aparır. Mali, Burkina Faso və Nigerin qovuşduğu bu ərazi Saheldə cihadçı qrupların əsas fəaliyyət mərkəzlərindən biri hesab olunur.
Son aylarda tərəflər arasında qarşıdurmaların yenidən intensivləşdiyi bildirilir.
Məlumata əsasən, yüksək vəzifəli İŞİD komandirlərindən biri fevral ayında qruplaşmaya qoşulub, iyulda isə İŞİD tərəfindən tutularaq öldürülüb. Avqust ayında isə İŞİD əmirinin JNIM tərəfindən pusqu nəticəsində öldürüldüyü iddia edilir.
Ndaki ətrafında baş verən son qarşıdurma isə iki qrup arasındakı rəqabətin yeni mərhələyə keçdiyinə işarədir.
Jalə Rövşən