Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi

Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi
16.08.2026 10:40 Dünya

Ukraynanın Dnepropetrovsk vilayətinə gecə ərzində 20-dən çox hücum edilib. 

TodayPress TV xəbər verir ki, hücumlar pilotsuz uçuş aparatları, artilleriya və raketlərlə həyata keçirilib.

Krivey Roqda sənaye müəssisəsinə zərbə endirilib. Nəticədə bir nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılardan 48 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir. Daha 10 nəfər orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Şirokovsk və Qruşkovsk icmalarında hücumlar nəticəsində yanğınlar baş verib.

Nikopol rayonunda isə rayon mərkəzi, həmçinin Marqanes, Mirovsk, Pokrovsk və Çervonoqriqoryevsk icmaları atəşə tutulub. Nəticədə 55 yaşlı kişi yaralanıb.

Hücumlar nəticəsində infrastruktur obyektinə, müəssisəyə, çoxmənzilli və fərdi yaşayış evlərinə ziyan dəyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər