SON DƏQİQƏ! Çində güclü zəlzələ oldu
Çinin şimal-qərbində 5,2 maqnitudalı zəlzələ olub.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkələr Mərkəzi (CENC) məlumat yayıb.
Zəlzələ Tsinxay əyalətinin Xaysi monqol-tibet muxtar dairəsində, 10 km dərinlikdə baş verib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.