DÇ-2026: ABŞ millisi 1/8 final mərhələsinə vəsiqə qazandı

DÇ-2026: ABŞ millisi 1/8 final mərhələsinə vəsiqə qazandı
02.07.2026 08:47 Dünya

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

TodayPress TV xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.

Oyunda hesabı ABŞ millisi açıb. İlk hissənin son dəqiqəsində Folarin Baloqun komandasını önə keçirib.

Baloqun ikinci hissədə mənfi mənada fərqlənib. 64-cü dəqiqədə qırmızı vərəqə alan futbolçu komandasımı 1 nəfər azlıqda qoyub.

Buna baxmayaraq amerikalılar daha bir qol vurmağı bacarıblar. 82-ci dəqiqədə Tilman cəribə zərbəsindən baxımlı qola imza atıb. Görüş bu hesabla başa çatıb: 2:0.

Bu nəticədən sonra ABŞ millisi növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ABŞ 1/8 finalda Belçika ilə qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər