Çində hava fəlakəti: 8 nəfər öldü, 1 nəfər itkin düşdü
Çinin Hubei əyalətində baş verən güclü ildırım və külək insan tələfatına səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Məlumata görə, əlverişsiz hava şəraiti nəticəsində 8 nəfər ölüb, 1 nəfər isə itkin düşüb.
Bildirilib ki, iyulun 6-da əyalətin bir neçə şəhərində güclü külək və ildırım müşahidə olunub, bəzi ərazilərdə isə tornado qeydə alınıb.
Hazırda regional Fövqəladə Hallar Departamenti tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Türkan İsgəndərli