Xameneini İraqa apardılar - Pezeşkian dəfnə gedir

Xameneini İraqa apardılar - Pezeşkian dəfnə gedir
07.07.2026 10:14 Dünya

İran Prezidenti Məsud Pezeşkian sabah İraqa səfər edəcək.

TodayPress TV xəbər verir ki, səfərin məqsədi İraqda keçiriləcək Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməkdir.

Məlumata görə, Ayətullah Seyid Əli Xamenei, onun ailə üzvləri və digər şəxslərlə bağlı vida mərasimləri bu gün səhər saatlarında Tehranda başlayıb. Cənazə korteji İmam Həsən Mehdiyyə Mərkəzindən Azadlıq Meydanına doğru hərəkət edib.

Bildirilib ki, dəfn mərasimləri əvvəlcə Qum şəhərində, daha sonra isə Məşhəddə keçiriləcək. Nəşlərin İmam Rza ziyarətgahında dəfn olunması planlaşdırılır.

Həmçinin çərşənbə günü İraqın bir neçə şəhərində də anım və vida mərasimlərinin keçiriləcəyi qeyd olunub.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər