Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur - VİDEO

Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur - VİDEO
07.07.2026 13:52 Cəmiyyət

Yardımlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon sakinlərinə müraciət edərək onları plastik su şüşələrini, qapaqları və digər məişət tullantılarını çaylara, arxlara və su kanallarına atmamağa çağırıb.

TodayPress TV-nin məlumatına görə, idarədən bildirilib ki, sel və intensiv yağıntılar zamanı bu cür tullantılar su axınının qarşısını alır, körpülərin və suötürücü qurğuların tıxanmasına səbəb olur.

Nəticədə daşqın riski artır, həm ətraf mühitə, həm də infrastruktura ciddi ziyan dəyir.

Qurum qeyd edib ki, su mənbələrinin təmiz saxlanılması təkcə təbiətin qorunması baxımından deyil, həm də sel fəsadlarının qarşısının alınması üçün mühüm əhəmiyyət daşıyır.

Yardımlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi sakinləri ətraf mühitə həssas yanaşmağa, məişət tullantılarını yalnız nəzərdə tutulmuş yerlərə atmağa və təbiətin qorunmasına birgə töhfə verməyə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər