Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır

Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır
07.07.2026 13:08 Cəmiyyət

İyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 % artaraq 282-yə çatdırılacaq.

Bu barədə TodayPress TV-yə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan "Stadler" vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir.

Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gedişhaqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40,3 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65,2 manat, Yevlaxdan 53,3 manat, Gəncədən 49,3 manat, Ağstafadan isə 45,3 manatdır. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43,4 və 40,3 manat təşkil edir.

Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 manat, Gəncədən isə 58,2 manatdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər