Suriya Prezidenti 8 təyyarə alacaq

Suriya Prezidenti 8 təyyarə alacaq
07.07.2026 11:19 Dünya

Dəməşq tezliklə Avropa aerokosmik şirkəti "Airbus" ilə müqavilə imzalayacaq.


TodayPress TV xəbər verir ki, bunu Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara  Fransanın BFMTV televiziya kanalına verdiyi müsahibədə bildirib.


"Suriya səkkiz Airbus təyyarəsi sifariş etmək üçün müqavilə imzalamaq üzrədir və inanıram ki, onlar tezliklə təhvil veriləcək", - deyə  əl-Şara deyib.

O qeyd edib ki, ötən il enerji sektorunda 5 000 MVt gücündə elektrik enerjisi istehsalı və elektrik stansiyalarının yenidən qurulması ilə bağlı bir neçə müqavilə imzalanıb.


Jalə Rövşən


 


XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər