Rusiyada ticarət mərkəzində böyük yanğın: Alov geniş əraziyə yayıldı - VİDEO
Rusiyanın İjevsk şəhərində yerləşən ticarət mərkəzlərindən birində güclü yanğın baş verib.
TodayPress TV xəbər verir ki, Udmurtiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində obyektin anbar hissələri və dam örtüyü alovlara bürünüb.
İlkin məlumata əsasən, yanğının sahəsi 1000 kvadratmetrdən çoxdur. Hadisə yerində yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Tələfat və xəsarət alanlarla bağlı məlumat açıqlanmayıb.
Türkan İsgəndərli