İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyəyə getməsinə icazə verilmədi

İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyəyə getməsinə icazə verilmədi
07.07.2026 10:30 Dünya

İspaniya məhkəməsi Baş nazir Pedro Sançezin həyat yoldaşı Beqona Qomezin onunla birlikdə Türkiyədə keçiriləcək NATO sammitində iştirakına icazə verməyib.

TodayPress TV xəbər verir ki, məlumata görə, hakim Xuan Karlos Peynado iyunun 20-də Qomez barəsində məhkəmə prosesinin başlanmasına qərar verib. Qərara əsasən, onun pasportunun müsadirə edilməsi və ölkədən çıxışına qadağa qoyulması nəzərdə tutulub.

Beqona Qomez məhkəmədən 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitinə, daha sonra isə qızının məzuniyyət mərasimində iştirak etmək üçün Londona səfər etməyə icazə istəyib.

Məhkəmə Ankaraya səfərə icazə verməsə də, Böyük Britaniyaya getməsinə razılıq verib. Qomez səfərdən qayıtdıqdan sonra pasportunu təhvil verməlidir.

Qeyd edək ki, Beqona Qomezə qarşı istintaq 2024-cü ildə başlanıb. O, vəzifə və əlaqələrdən sui-istifadə, mənimsəmə və korrupsiya ilə bağlı ittihamlar üzrə araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər