"Kollektiv müdafiə" bəs etmir... – Fidan alyansın hansı "gizli yarasını" faş etdi?

"Kollektiv müdafiə" bəs etmir... – Fidan alyansın hansı "gizli yarasını" faş etdi?
07.07.2026 12:22 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO daxilində müdafiə sənayesi sahəsində əməkdaşlığa tətbiq olunan məhdudiyyətlərin alyansın effektivliyini azaltdığını bildirib.

TodayPress TV xəbər verir ki, Fidan bu fikirləri Ankarada keçiriləcək NATO sammitinin rəsmi açılışı ərəfəsində X sosial şəbəkəsində paylaşdığı açıqlamada səsləndirib.

Nazir qeyd edib ki, kollektiv müdafiə NATO-nun əsas prinsipi olaraq qalır. Lakin onun sözlərinə görə, strateji mühit dəyişib, təhlükələr daha mürəkkəb və çoxşaxəli xarakter alıb.

Fidan bildirib ki, hazırda əsas göstəricilər döyüş hazırlığı, müdafiə sənayesinin potensialı və operativ hazırlıq səviyyəsidir. O vurğulayıb ki, Avropanın NATO-ya töhfəsinin artırılması vacibdir, lakin müdafiə sənayesi sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətlər alyansın imkanlarını zəiflədir və operativ reaksiyanı ləngidir.

Türkiyəli nazir əlavə edib ki, Avropanın müdafiə təşəbbüsləri NATO-nun bütün müttəfiqləri üçün açıq olmalıdır.

Fidanın sözlərinə görə, Ankara sammitində qəbul ediləcək qərarlar təkcə mövcud problemlərin həllinə deyil, həm də gələcək illər üçün Avro-Atlantik təhlükəsizlik sisteminin formalaşdırılmasına xidmət edəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər