Hörmüzdə Səudiyyə bayrağı altında üzən tanker hədəf alındı

Hörmüzdə Səudiyyə bayrağı altında üzən tanker hədəf alındı
07.07.2026 13:58 Dünya

Səudiyyə Ərəbistanı bayrağı altında üzən xam neft tankeri Oman sahilləri yaxınlığında, Hörmüz boğazı ərazisində, eyni bölgədə Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin zərbəyə məruz qalmasından sonra zədələnib.

TodayPress TV  xəbər verir ki,  bu barədə "Reuters" məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, partlayışın səbəbi hələlik məlum deyil. Zərbəyə məruz qalan neft tankerinin "Wedyan" supertankeri olduğu ehtimal edilir.

"MarineTraffic" gəmi izləmə platformasının məlumatına əsasən, "Wedyan" tankerinin son qeydə alınmış mövqeyi iyulun 3-də Fars körfəzində olub. 



XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər