Silahlara nəzarəti tək əldə birləşdirir – Milyardlarla dollarlıq layihə...

Silahlara nəzarəti tək əldə birləşdirir – Milyardlarla dollarlıq layihə...
07.07.2026 14:50 Dünya

NATO hərbi satınalmaların əlaqələndirilməsi üçün "NATO-nun Ön Qapısı" (NATO Front Door) adlı yeni təşəbbüsü istifadəyə verib.

TodayPress TV xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bildirib.

Rüttenin sözlərinə görə, yeni təşəbbüs müdafiə sənayesi şirkətləri üçün hərbi satınalmalarla bağlı bütün məsələlərin həlli məqsədilə vahid müraciət platforması rolunu oynayacaq.

Baş katib Avropa və ABŞ-nin müdafiə sənayesi nümayəndələrini NATO ilə daha fəal əməkdaşlığa çağıraraq, bu yeni mexanizmdən istifadə etməyə dəvət edib.

Bildirilib ki, "NATO-nun Ön Qapısı" təşəbbüsü hərbi satınalmalarla bağlı bütün müraciət və prosedurların vahid sistem üzərindən həyata keçirilməsini təmin edəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər