Makronun qaldığı otelin yaxınlığında partlayışlar baş verdi - VİDEO
Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında iki partlayış baş verib.
TodayPress TV xəbər verir ki, məlumata görə, partlayışlar "Four Seasons" hotelinin ətrafında qeydə alınıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Emmanuel Makron 6 iyul tarixində Dəməşqə rəsmi səfərə gəlib. Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Türkan İsgəndərli