Vrotslavda ölüm radiusu... – Hitler dövründən qalan "sürpriz" şəhəri ayağa qaldırdı

Vrotslavda ölüm radiusu... – Hitler dövründən qalan "sürpriz" şəhəri ayağa qaldırdı
07.07.2026 12:52 Dünya

Polşanın Vrotslav şəhərində İkinci Dünya müharibəsindən qalan bombanın aşkarlanması səbəbindən təxminən 3 min nəfər təxliyə edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "wp.pl" portalı məlumat yayıb.

Məlumata görə, təxliyə təhlükəsizlik məqsədilə həyata keçirilib və Tşemeska küçəsi ətrafında yaşayan təxminən 3 min sakini əhatə edib.

Şəhər rəhbərliyi bildirib ki, sakinlər səhər saatlarınadək ərazini tərk etməli olublar. Təxliyə zonası partlamamış sursatın tapıldığı yerdən 300 metr radiusunda yerləşən bütün küçələri əhatə edib.

Hazırda mütəxəssislər döyüş sursatının zərərsizləşdirilməsi istiqamətində iş aparırlar.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər