Yağış yağır, külək əsir - FAKTİKİ HAVA
Azərbaycanın əksər rayonlarında hava şəraiti qeyri-sabit olaraq qalır. Bir sıra ərazilərdə şimşək çaxır, yağış yağır, bəzi yerlərdə yağıntılar leysan xarakteri daşıyır.
TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 09:00-a olan məlumatına görə, ən çox yağıntı Balakəndə qeydə alınıb.
Bura 111 mm yağıntı düşüb ki, bu da aylıq normanın 144 faizini təşkil edir.
Qaxın Sarıbaş kəndində 29 mm, Şəkinin Kişçay ərazisində 16 mm, Zaqatala və Xaltanda 9 mm, Göygöldə 6 mm, Ağstafada 5 mm, Gədəbəydə 4 mm, Oğuz, Kəlbəcər və Daşkəsəndə 2 mm yağıntı qeydə alınıb. Digər rayonlarda isə yağıntının miqdarı 1 mm təşkil edib.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə 16 metrə çatır.