Moskva iki ilin ən böyük şokunu yaşadı
Moskva istiqamətində həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumu son iki ilin ən irimiqyaslı hücumu kimi qiymətləndirilir.
TodayPress TV xəbər verir ki, bu barədə TASS agentliyi Moskva meri Sergey Sobyaninin açıqlamalarına istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 6-sı axşam saatlarından 7 iyul Moskva vaxtı ilə saat 00:00-dək Moskva vilayəti istiqamətində 430-dan çox PUA uçub.
Bildirilib ki, onların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən paytaxtdan uzaq məsafədə məhv edilib. Daha 36 pilotsuz aparat isə Moskvaya yaxınlaşarkən vurulub.
Sergey Sobyanin iyulun 7-də "Max" messencerində paytaxta doğru hərəkət edən daha bir PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində Moskvanın Domodedovo və Vnukovo hava limanlarında da uçuşların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Qiymət Mahir