"Dostum Ərdoğan" xatirinə... – ABŞ prezidenti alyansa olan nifrətini necə boğdu?

"Dostum Ərdoğan" xatirinə... – ABŞ prezidenti alyansa olan nifrətini necə boğdu?
07.07.2026 09:46 Dünya

ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammitində iştirak qərarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörməti ilə əlaqələndirilir.

TodayPress TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, Tramp daha əvvəl Ərdoğanı dostu adlandırıb. Mənbələrin bildirdiyinə görə, ABŞ prezidentinə və komandasına qeyri-rəsmi şəkildə sammitdə iştirakdan imtinanın Türkiyə liderinə hörmətsizlik kimi qiymətləndiriləcəyi çatdırılıb.

Bununla yanaşı, Trampın əvvəlcə NATO müttəfiqləri ilə görüşə skeptik yanaşdığı qeyd olunur. Bildirilir ki, o, İranla müharibə zamanı alyans üzvlərinin əksəriyyətinin ABŞ-ni dəstəkləməməsindən narazı qalıb.

CNN mənbələri bu səbəbdən Trampın əhval-ruhiyyəsini nəzərə alaraq sammitin necə keçəcəyi ilə bağlı əmin olmadıqlarını bildiriblər.

Türkiyə tərəfi onun qarşılanması üçün yüksək səviyyəli rəsmi mərasim hazırlayıb. Danışıqlardan sonra isə Ərdoğan və Trampın birgə mətbuat konfransı keçirməsi gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər