Böyük Britaniyanın dövlət borcu 3 dəfə artdı
Dünya
02.11.2025 19:07
Böyük Britaniyanın dövlət borcu 2005–2025-ci illər ərzində üç dəfə artıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Qəzetin "Oxford Economics" konsaltinq şirkətinin təhlilinə istinadən xəbər verdiyinə görə, inkişaf etmiş ölkələr arasında dövlət borcunun ən sürətli artımı məhz Böyük Britaniyada qeydə alınıb.
Məlumatda qeyd olunur ki, Birləşmiş Krallığın dövlət borcu 2,9 trilyon funt sterlinq (təxminən 3,8 trilyon ABŞ dolları) təşkil edir və bu, demək olar ki, ölkənin Ümumi Daxili Məhsuluna (ÜDM) bərabərdir. Qəzet yazır ki, bu səbəbdən Böyük Britaniya hər il 100 milyard funt sterlinqdən (təxminən 130 milyard ABŞ dolları) çox məbləği borcun faizlərinin ödənilməsinə xərcləyir. Yalnız İspaniya və ABŞ son 20 ildə dövlət borcunun bu cür sürətlə artmasını qeydə alıb.
tag: Böyük Britaniya,Borc,Qəzet,Dünya,Todaypress.tv,
