Astana Moskva ilə müttəfiqlik mesajını yenilədi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinə Rusiya Dövlət Dumasına keçirilən seçkilərin uğurla başa çatması münasibətilə təbrik teleqramı göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin rəsmi saytı məlumat yayıb.
Tokayev keçirilmiş səsverməni Rusiyanın ictimai-siyasi həyatında mühüm hadisə adlandırıb. Onun sözlərinə görə, seçkilərin nəticələri Putinin Rusiyanın milli maraqlarının qorunmasına yönəlmiş strateji kursunun ölkə vətəndaşları tərəfindən geniş dəstəkləndiyini göstərir.
“Şübhə yoxdur ki, Dövlət Dumasına seçilən deputatlar vətəndaşların rifahının yüksəldilməsi və Rusiyanın dünya dövləti kimi potensialının möhkəmləndirilməsi məqsədilə səmərəli tədbirlər və qərarlar qəbul edəcəklər”, – təbrik teleqramında qeyd olunub.
Tokayev iki ölkənin parlamentləri arasında əməkdaşlığa da toxunaraq bunun Astana ilə Moskva arasındakı müttəfiqlik münasibətlərinin mühüm elementi olduğunu bildirib.
Qiymət Mahir