Almaniyada silahlı hücum- Yaralananlar var

Almaniyada silahlı hücum-  Yaralananlar var
01.04.2026 22:00 Dünya

Almaniyanın Solingen şəhərində bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, polis şəhərin mərkəzində genişmiqyaslı əməliyyat keçirir. Əvvəlcə hüquq-mühafizə orqanları polisin gücləndirilmiş iştirakının səbəblərini açıqlamırdı, lakin sonra məsələnin bıçaqlı hücumla bağlı olduğu məlum olub.

Hadisə yerində təcili xidmət fəaliyyət göstərir. Cinayət aləti orada aşkar edilib.

"Bild"in məlumatına görə, bir nəfər saxlanılıb. Hadisənin təfərrüatları qeyri-müəyyən olaraq qalır, istintaq davam edir, əməliyyata çoxsaylı polis bölmələri cəlb olunub.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər