Ağ Ev ətrafında silahlı qarşıdurma baş verdi - VİDEO
Vaşinqtonda Ağ Ev yaxınlığında polis əməkdaşlarının iştirakı ilə atışma baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" ABŞ Məxfi Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, insident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi yaralayıb. Lakin onun vəziyyəti ilə bağlı dəqiq məlumat açıqlanmayıb.