ABŞ “Şahed” modelinə bənzər dronlar istehsal edəcək
Dünya
18.03.2026 11:46
ABŞ Müdafiə Nazirliyi İranın “Şahed-136” kamikadze dronuna bənzər "LUCAS" pilotsuz aparatlarının kütləvi istehsalını planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin müavini Emil Maykl Vaşinqtonda keçirilən konfransda açıqlama verib.
O bildirib ki, məqsəd bu dronların ABŞ daxilində geniş miqyasda istehsalını qurmaq və istehsal gücünü sürətlə artırmaqdır. Maykl bu sistemləri “arsenalda faydalı alət” kimi qiymətləndirib.
Məlumata görə, "LUCAS" (Low-Cost Uncrewed Combat Attack System — “aşağı qiymətli pilotsuz zərbə sistemi”) İranın Şahed-136 kamikadze dronunun analoqu hesab olunur.
Bu pilotsuz aparatın çəkisi təxminən 600 kq-a qədərdir, üçbucaq formalı qanadlarının ölçüsü isə təxminən 2,5 × 3 metr təşkil edir.
Qeyd edək ki, Pentaqon mart ayının əvvəlində bu tip dronların ABŞ-nin İrana qarşı hərbi kampaniyasında istifadə edildiyini də təsdiqləmişdi.
Qiymət Mahir
tag: Şahed,Pentaqon ,LUCAS,Maykl ,TodayPress TV,
