ABŞ-nin depozit tələb etdiyi ölkələrin sayı açıqlandı
Dünya
19.03.2026 03:30
ABŞ giriş vizaları üçün 15 min dollarlıq nağd depozit proqramı ilə əhatə olunan ölkələrin sayını artırmaq qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 2-də bu proqrama daha 12 ölkə əlavə olunacaq: Qrenada, Gürcüstan, Kamboca, Lesoto, Mavriki, Mozambik, Monqolustan, Nikaraqua, Papua Yeni Qvineya, Seyşel adaları, Tunis və Efiopiya.
ABŞ hökumətinin məlumatına görə, proqram yalnız işgüzar və turist vizalarına, ABŞ-də qanunsuz olaraq qalanların əhəmiyyətli bir hissəsini təşkil edən ölkələrin vətəndaşlarına şamil edilir.
Qeyd edilib ki, apreldən etibarən 50 ölkə və ərazinin vətəndaşlarından ABŞ-yə turist və işgüzar giriş vizaları almaq üçün nağd pul depoziti tələb olunacaq.
Aysel Mətləb
tag: ABŞ,Depozit,Ölkə,Giriş,TodayPress TV,
