ABŞ hələlik NATO-dan çıxmağı düşünmür
ABŞ Prezidenti Donald Tramp hələlik NATO-dan çıxmağı düşünmür.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşündə deyib.
"NATO-dan məyus oldum, illər ərzində NATO-ya trilyonlarla dollar xərcləmişik", - deyə Amerika lideri bildirib.
ABŞ-nin NATO-dan çıxma ehtimalı ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, bu, mütləq düşünməli olduqları məsələdir. O əlavə edib ki, ölkənin NATO-dan çıxması üçün ABŞ Konqresinin təsdiqinə ehtiyacı yoxdur.
Aysel Mətləb