ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI

ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI
19.08.2026 07:50 Dünya

ABŞ hakimiyyəti İranın 17 vətəndaşına universitetlərin, şirkətlərin və dövlət qurumlarının kompüter sistemlərinə genişmiqyaslı hücum kampaniyası həyata keçirməkdə ittiham irəli sürüb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxslər 2013-cü ildən etibarən 144 ABŞ və 178 xarici universitetin, ən azı 53 şirkətin, həmçinin bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatlarının kompüter sistemlərinə hücum ediblər.

Bildirilib ki, hücum edənlər təxminən 8 min müəllimin hesablarına giriş əldə edib və ən azı 31,5 terabayt elmi məlumat və intellektual mülkiyyət oğurlayıblar.

ABŞ Ədliyyə Nazirliyi hücumların bir hissəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tapşırığı ilə həyata keçirildiyini, oğurlanan məlumatların isə İrandakı müştərilərə də satıldığını iddia edir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər