Samir Şərifova yeni vəzifə verildi
Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri təyin edilib.
TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov tərəfindən qərar qəbul olunub.
Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın yeni tərkibi təsdiqlənib. Komissiyaya rəhbərlik Baş nazirin müavini Samir Şərifov tərəfindən həyata keçiriləcək.
Mərkəzi Komissiya ölkədə əhalinin siyahıyaalınmasının təşkili, əlaqələndirilməsi və bu prosesə zəruri dəstəyin təmin olunması istiqamətində fəaliyyət göstərəcək.
Todaypress.tv
Samir Şərifov
Baş nazir
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri
Vəzifə