Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır

Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır
27.07.2026 13:16 Cəmiyyət

Qazax rayonunun Aslanbəyli kənd məktəbinin məzunu, II ixtisas qrupu üzrə 670.5 bal toplayan Cavidan Qaravəliyev Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla görüşüb.

TodayPress TV xəbər verir ki, Cavidan Qaravəliyev təhsilini Bakı Ali Neft Məktəbində davam etdirmək niyyətindədir.

Yüksək nəticə göstərən abituriyent məktəb illərində də elmi uğurları ilə seçilib. Belə ki, Cavidan Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə 10-cu sinifdə bürünc medal, 11-ci sinifdə isə qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi hər il qəbul imtahanlarında yüksək bal toplayan və olimpiada qalibi olan perspektivli tələbələrin əsas seçim etdiyi aparıcı ali təhsil müəssisələrindən biridir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər