Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu
“QHT işi”ndə ittiham edilən iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 3 il vəzifə tutmaq hüququndan məhrum edilməsini, 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasını təklif edib.
Növbəti proses 9 sentyabrda davam edəcək.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli edilib.
TodayPress TV