Onlayn alış-veriş dövrü bitir – Hökumət sifarişləri nəzarətə götürdü

Onlayn alış-veriş dövrü bitir – Hökumət sifarişləri nəzarətə götürdü
08.06.2026 17:30 Cəmiyyət

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi qaydasında dəyişiklik edilib. Yeni qaydalara əsasən, xaricdən sifariş edilən məhsulların bəyanı yalnız ASAN İmza, SİMA və ya myGov/QR vasitəsilə həyata keçiriləcək. Bu isə elektron ticarət istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Akif Nəsirli bildirir ki, yeni identifikasiya sistemi müəyyən mənada şəffaflığın artırılmasına xidmət edə bilər.


Onun sözlərinə görə, ASAN İmza, SİMA və myGov kimi rəqəmsal alətlər sifarişlərin real şəxslərlə əlaqələndirilməsini asanlaşdırır və mümkün saxtalaşdırma və sui-istifadə hallarının qarşısını almağa kömək edir.

Bununla belə, ekspert qeyd edir ki, dəyişiklik hər kəs üçün eyni dərəcədə rahat olmayacaq. Xüsusilə rəqəmsal bacarıqları məhdud olan və ya elektron identifikasiya vasitələrinə çıxışı olmayan vətəndaşlar üçün bəyan prosesi daha da mürəkkəbləşə bilər. Bu da bəzi istifadəçilərin xaricdən onlayn alış-verişə marağının azalmasına səbəb ola bilər.

İqtisadçının fikrincə, nəticə əsasən sistemin tətbiq mexanizmindən asılı olacaq. Əgər proses sadə, sürətli və istifadəçi dostu şəkildə qurularsa, yeni qaydalar şəffaflığı artırmaqla yanaşı vətəndaşlar üçün ciddi çətinlik yaratmayacaq. Əks halda isə elektron ticarətdən istifadə edənlərin sayında azalma müşahidə oluna bilər.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər