“MAQADAN: Sonuncu dayanacaq” kitabının təqdimatı keçirildi
Qərbi Azərbaycan İcmasında yazıçı-publisist Binnət Əsgərin “MAQADAN: Sonuncu dayanacaq” kitabının təqdimat mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatları Zahid Oruc və Hikmət Babaoğlu, eləcə də yazıçı-publisist Paşa Qəlbinur və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Çıxış edənlər Binnət Əsgərin yaradıcılığından, “MAQADAN: Sonuncu dayanacaq” əsərinin mövzusundan və kitabın ictimai əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, əsər tarixi yaddaşın qorunması, repressiya qurbanlarının taleyinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir iştirakçıları müəllifi yeni nəşrin işıq üzü görməsi münasibətilə təbrik edib, kitabın oxucular tərəfindən maraqla qarşılanacağına əmin olduqlarını bildiriblər.
Qiymət Mahir