İctimai nəqliyyatda özümüzü niyə apara bilmirik?

İctimai nəqliyyatda özümüzü niyə apara bilmirik?
11.06.2026 15:58 Cəmiyyət

Gündəlik işlərimizdən ötrü çoxumuz avtobus və digər ictimai nəqliyyat vasitələrindən istifadə edirik. Hər gün minlərlə insanın evdən çıxdığını nəzərə alsaq, sıxlığın olması normal haldır. 

Ancaq səfər vaxtı bizə problem olan təkcə sıxlıq yox, narahatlığa yol açan insanlar olur. 

Səhər tezdən işə tələşəndə, axşam yorğun halda evə qayıdanda bəzən elə adamlara rast gəlirsən ki, sanki avtobus onların şəxsi taksisidir. Bir nəfər telefonla o qədər ucadan danışır ki, bütün salon onun ailə davasına şahid olur. Yanındakı qulaqlıqdan gələn musiqi isə elə səslənir ki, sanki konsertdə oturmusan.

Bu problemlərdən biri də bel çantası ilə digər sərnişinləri narahat edənlərdir. Adam belində böyük, dolu çanta ilə nəqliyyata minir. Xüsusilə metro vaqonlarında çantanı əldə tutmaq lazım olduğunu göstərən işarələrin olmasına baxmayaraq, bir çox insan buna əməl etmir.

Bu vəziyyət sadəcə narahatlıq yaratmır, gündəlik həyatımızı zəhərləyir. Yorğun insan bir də belə streslə üzləşəndə evdə və işdə də əsəbi olur. 

Çantamızı əlinizdə saxlamaq, qaydalara riayət etmək və digər sərnişinlərə hörmət göstərmək bu problemləri azaltmaq üçün ən vacib addımlardandır. Əks halda sadaladığımız keyfiyyətlər yoxdursa, heç bir məhdudiyyət, cərimə, cəza bu problemlərin qarşısını ala bilməyəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər