Ev quşlarının kütləvi tələfatı - Cənub bölgəsində baş verənlər

Ev quşlarının kütləvi tələfatı - Cənub bölgəsində baş verənlər
29.07.2026 11:35 Cəmiyyət

Cənub bölgəsində ev quşları, xüsusilə toyuqlar kütləvi şəkildə tələf olmağa başlayıb.

TodayPress TV xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, toyuqlar arasında yayılan xəstəlik quşların qısa müddətdə zəifləməsi və yemdən kəsilməsi ilə başlayır. 

Bundan sonra quşlar tez bir zamanda tələf olur. Sakinlər bildirirlər ki, bir təsərrüfatda xəstəlik aşkarlandıqdan sonra bir neçə gün ərzində həmin təsərrüfatdakı bütün quşların tələf olmasına gətirib çıxarır.

Sakinlərin sözlərinə görə, xəstəliyə qarşı görülən qabaqlayıcı tədbirlər də gözlənilən nəticəni vermir.

Ev quşlarının kütləvi tələfatı Lənkəranla yanaşı, Cəlilabad rayonunun bir sıra kəndlərində də müşahidə olunur.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər