Bayram günlərində bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

Bayram günlərində bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
08.06.2026 13:46 Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun - Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən bildirilib.

Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər