Bakıdakı keçidlərdə niyə yayda insanlar boğulur?

Bakıdakı keçidlərdə niyə yayda insanlar boğulur?
16.07.2026 17:06 Cəmiyyət

Paytaxtda fəaliyyət göstərən bəzi yerüstü piyada keçidləri yay aylarında vətəndaşlar üçün ciddi narahatlıq yaradır. 

TodayPress TV xəbər verir ki,  vətəndaşlar sosial şəbəkələrdə bu haqda narazılıqlarını bildirdikləri postlar paylaşırlar.

Xüsusilə, isti havalarda keçidlərin daxilində havalandırma sisteminin olmaması və ya yetərsiz işləməsi səbəbindən keçiddən istifadə demək olar ki, mümkünsüz olur. 

Vətəndaşlar bildirirlər ki, əksər keçidlərdə açılan pəncərə və ya təbii hava dövranını təmin edən sistem yoxdur. Nəticədə, keçiddən istifadə etmək, xüsusilə, günün isti saatlarında çətinləşir. 

Narazılıq doğuran digər məsələ eskalatorlarla bağlıdır. Bir çox keçiddə eskalator ya ümumiyyətlə quraşdırılmayıb, ya da uzun müddətdir işləmir.

Bundan başqa, bəzi keçidlərdə pilləkənlərin sayının çox olması yaşlı insanlar, uşaqlı ailələr və fiziki məhdudiyyətli şəxslər üçün əlavə çətinlik yaradır.

Vətəndaşların sözlərinə görə, keçidlərdəki  bəzi liftlərdə də havalandırma sistemi işləmədiyindən isti havalarda onlardan istifadə etmək olmur. 

Sakinlər aidiyyəti qurumları yerüstü piyada keçidlərində mütəmadi monitorinqlər aparmağa, havalandırma, eskalator və liftlərin texniki vəziyyətini yoxlamağa, mövcud çatışmazlıqları aradan qaldırmağa çağırırlar.

Jalə Rövşən 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər