Bakıda və rayonlarda külək güclənəcək

Bakıda və rayonlarda külək güclənəcək
11.06.2026 17:15 Cəmiyyət

Bakıda və Abşeron yarımadasında iyunun 12-13-də, bəzi bölgələrdə 12-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan MR, Daşkəsən, Goranboy, Naftalan, Şəmkirdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu da sarı xəbərdarlığa uyğundur.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər