Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər?

Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər?
27.07.2026 11:21 Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun Almaniyada iri miqyaslı yaşayış layihəsinə investisiya yatırdığı iddia edilir.

TodayPress TV xəbər verir k, məlumata görə, S. Məmmədov Almaniyada şəriklik əsasında 47 mənzildən ibarət 2 yaşayış binasının tikintisini həyata keçirir. 

Layihənin ümumi investisiya dəyərinin 13–15 milyon avro civarında olduğu bildirilir.

Tikinti planına əsasən, hər iki yaşayış binasının tam hazır vəziyyətdə təhvil verilməsi 2027-ci ilin yayı və ya ilin sonlarına nəzərdə tutulub. 

Keçmiş məmurun xaricdə bu həcmdə maliyyə tutumuna malik tikinti layihəsinə necə şərik olması və investisiyanın mənbəyi ilə bağlı təfərrüatlar isə hələlik qaranlıq qalır.

TodayPress TV

FOTOLAR

Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər? — 1
Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər? — 2
XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər