9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva

9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva
01.08.2026 11:41 Cəmiyyət

Ümummilli Lider Heydər Əliyevin qızı Sevil Əliyeva paylaşımı ilə diqqət çəkib.

TodayPress TV Axar.az- a istinadən xəbər verir ki, o, hazırda Azərbaycanda yaşadığını bildirib:

“Əziz Bacı və Qardaşlar,

Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə Hər Birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi mənim üçün çox dəyərlidir.

Uzun illər xaricdə yaşadığım üçün bir çox insanlar hələ də mənim Azərbaycandan kənarda olduğumu düşünürlər. Məlumat üçün bildirmək istəyirəm ki, 2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram və həyatımı doğma Vətənimdə davam etdirirəm.

Hər birinizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram. Hörmətlə, sizin Sevil Əliyeva”.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər