Türkiyə-Azərbaycan Universitetinin iki illik hesabatı təqdim edildi

Türkiyə-Azərbaycan Universitetinin iki illik hesabatı təqdim edildi
20.10.2025 21:50 Elm və Təhsil

Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin (TAU) Himayəçilər Şurasının 5-ci iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən TAU-nun fəaliyyətində iştirak edən Türkiyənin Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ), Orta Doğu Texniki Universiteti (ODTÜ) və Azərbaycan Texniki Universitetinin rektorları iştirak ediblər.

İclas çərçivəsində Türkiyə - Azərbaycan Universitetinin illik hesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib. İclas iştirakçıları sözügedən universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər