Yamal əfsanəvi 10 nömrəli formanı geyinəcək

Yamal əfsanəvi 10 nömrəli formanı geyinəcək
20.05.2025 09:46 İdman

“Barselona” klubunun gənc ulduzu Lamin Yamal yeni mövsümdən etibarən əfsanəvi 10 nömrəli formanı geyinəcək.   

TodayPress TV xəbər verir ki, bu barədə “Managing Barça” məlumat yayıb. 

Hazırda 17 yaşında olan ispaniyalı futbolçu 19 nömrəli forma ilə çıxış edir. Onun 10 nömrəyə keçidi 18 yaşını tamamlayacağı 13 iyul tarixindən sonra rəsmiləşəcək.   

Kataloniya təmsilçisində 10 nömrəli formanı əvvəllər klubun Lionel Messi, Ronaldinyo və Dieqo Maradona kimi əfsanəfi futbolçuları daşıyıb. Hazırda bu nömrə Ansu Fatinin adına qeyd olunub. 

Bundan əlavə, Yamalın “Barselona” ilə imzalayacağı yeni müqaviləsində buraxılış məbləğinin 1 milyard avro olacağı bildirilir. 

Qeyd edək ki, Lamin Yamal cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 54 oyunda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.   

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər