Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu

Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu
06.06.2026 00:09 İdman

Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu yoldaşlıq matçında qüvvəsini sınayıb.

TodayPress TV xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə üz-üzə gəlib.

Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda baş tutan matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər