Rusiyadan seçkiyə gələn ermənilərlə bağlı qərar - hava limanındn birbaşa orduya...

Rusiyadan seçkiyə gələn ermənilərlə bağlı qərar - hava limanındn birbaşa orduya...
06.06.2026 12:19 Dünya

Ermənistan hakimiyyəti Rusiyadan seçkiyə gələn hərbi yaşda kişilərin ölkədən çıxışını məhdudlaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "News.am." məlumat yayıb.

Mənbənin məlumatına görə, Ermənistan hakimiyyəti parlament seçkiləri (7 iyun 2026) ərəfəsində Rusiyadan səs verməyə gələn hərbi çağırış yaşında olan kişilərə hava limanında və sərhəd-keçid məntəqələrində hərbi çağırış vərəqələri paylayır.

Səs verdikdən sonra bu şəxslər 25 günlük hərbi toplanışlara cəlb olunacaq və müvafiq müddət ərzində ölkədən çıxa bilməyəcəklər.

Rəsmilər bunu “vətəndaşların hərbi vəzifəsi” ilə izah etsələr də, müxalifət və Rusiyadan gələnlər bunu seçki manipulyasiyasına qarşı yönəlmiş addım kimi qiymətləndirirlər.

Jalə Rövşən


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər