Məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı açıqlandı
"2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150072 məzun adi, 7130 nəfər fərqlənmə attestatına layiq görülüb".
Bu barədə TodayPress TV-yə MÜTDA-dan məlumat verilib.
"Tam orta təhsil səviyyəsi üzrə isə 108388 nəfər məzun adi, 6778 nəfər fərqlənmə attestatına layiq görülüb", - məlumatda qeyd olunub.