“Bu adam seçiləcəksə…” – Moskva Paşinyanı topa tutdu: seçkiöncəsi gərginlik artdı

“Bu adam seçiləcəksə…” – Moskva Paşinyanı topa tutdu: seçkiöncəsi gərginlik artdı
06.04.2026 12:39 Təhlil

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk xəbərdarlıq edib ki, Ermənistan Avropa İttifaqına (Aİ) daxil olacağı təqdirdə, Rusiya ilə hava əlaqəsi olmayacaq:


"Hazırda Avropa İttifaqı ölkələri ilə hava əlaqəsi yoxdur, bu isə o deməkdir ki, bizim Ermənistanla da hava əlaqəmiz olmayacaq".

O əlavə edib ki, Ermənistan vətəndaşları Avropaya inteqrasiya istiqamətində qəbul edilmiş kursun potensial nəticələrini dərk etməlidirlər.

Politoloq Fikrət Sadıqov Overçukun bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib ki, bu, birbaşa Ermənistanda seçkiqabağı proseslərə və seçicilərə ünvanlanmış siyasi mesajdır.


Analitik vurğulayıb ki, səsləndirilən fikir əslində seçicilərə yönəlib və mesaj ondan ibarətdir ki, əgər yenidən Baş nazir Paşinyan və onun partiyası seçilərsə, bu, Ermənistanın Rusiya ilə əlaqələrdən uzaqlaşması kimi təqdim olunur. Onun sözlərinə görə, bu cür yanaşma müəyyən mənada süni şəkildə yaradılmış təzyiq və hədə-qorxu xarakteri daşıyır.

Siyasi şərhçi əlavə edib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü uzunmüddətli və mürəkkəb prosesdir və hazırda Balkan ölkələri, eləcə də Ukrayna, Gürcüstan və Moldova kimi dövlətlər bu istiqamətdə növbədədir. Onun fikrincə, bu proses bir neçə mərhələdən ibarətdir və bu, heç də üzvlüyün asan və qısa müddətdə reallaşacağı anlamına gəlmir.


"Hazırda Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin gərgin olması müharibə və tətbiq olunan sanksiyalarla bağlıdır. Müharibə daimi deyil və gələcəkdə bu münasibətlərdə dəyişikliklərin baş verməsi ehtimalı var", - deyə F. Sadıqov izah edib.

Ekspertin fikrincə, bütün bu amillər siyasi xarakter daşıyır. 

Politoloq bildirib ki, Rusiyanın Ermənistanda Paşinyanın yenidən hakimiyyətə gəlməsi ehtimalından narahatlığı hiss olunur. O vurğulayıb ki, hazırda Paşinyanın nüfuzu kifayət qədər yüksəkdir və əgər kənardan ciddi müdaxilə və maneələr olmazsa, onun partiyasının yenidən parlamentdə çoxluq qazanması mümkündür.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Bütün Xəbərlər