Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik”
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti açıqlamasında hərbi variantın hələ də gündəmdə olduğunu bildirib.
TodayPress TV bu barədə xarici İV-ə istinadən xəbər verir.
Tramp qeyd edib ki, Vaşinqton istədiyi təqdirdə qısa müddət ərzində sərt addımlar ata bilər.
“Daha iki-üç həftə gözləyib sonra hər şeyi məhv edə bilərik. Bunu etmək çox asandır. Amma insanları öldürmədən İranla bir razılaşma əldə edə bilsək, mən buna üstünlük verərəm”, - ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, ABŞ administrasiyası İranla diplomatik həll yoluna üstünlük verir, lakin digər variantlar da masadan qaldırılmayıb.