Edamlar dayanmır, insanların ahı ərşə çıxır - İrandan asılmış səhnələrin mesajı nədir?

Edamlar dayanmır, insanların ahı ərşə çıxır - İrandan asılmış səhnələrin mesajı nədir?
25.05.2026 15:41

İran İslam Respublikasında ölüm cəzası (edam) geniş şəkildə tətbiq olunur.  İnsan haqları təşkilatlarının məlumatlarına görə, 2026-cı ilin ilk 4-5 ayında 600-dən çox insan edam edilib. 

Son aylarda xüsusilə yanvar 2026-cı il etirazlarından sonra saxlanılan nümayişçilərə qarşı siyasi edamlar kəskin artıb. Ekspertlərin fikrincə, indiki böhranın yaradacağı sosial-iqtisadi problemlər ölkədə yeni etirazlara səbəb ola bilər. Bu da daha çox edam deməkdir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ilahiyyatçı Tural İrfan deyib ki, edam cəzası əsasən orta əsr hüquq məktəbinin qalığıdır. Lakin bu cəza daha çox orta əsrlər üçün xarakterik olan cinayətlərin qarşılığı kimi tətbiq olunmalıdır:


"İranda isə bu cəza əslində qorxu yaratmaq və xalqı vahimə altında saxlamaq məqsədi daşıyır. Hətta heç bir cinayət törədilməsə belə, İran rejimi xalqı qorxutmaq üçün edamlar həyata keçirir. Xüsusən də rejimin mənfi tərəflərini tənqid edən şəxslərə qarşı kütləvi edamların artırılması xalqı buxov altında saxlamağın əsas vasitələrindən biridir. İran rejiminin ideoloji xətti qədim Əhəməni və Sasani siyasi-ideoloji nostaljisi üzərində qurulmuş, təhrif edilmiş dini və məzhəbi prinsiplərə əsaslanır. Bu ideoloji xəttin hədəfi müsəlmanlar və türklərdir. Orta əsrlərdə formalaşmış fars şüubiyyəsinin davamı kimi, bugünkü İran hakimiyyəti İslama tamamilə yad olan, lakin İslam adı altında təqdim edilən batini xarakterli bir ideologiya formalaşdırıb. Burada insan həyatının dəyəri yoxdur. Bütün bu qəddarlıqları İslam adı altında həyata keçirməkdə məqsəd isə İslamı mənfi obrazda göstərməkdir".

İlahiyyatçı vurğulayıb ki, edam edilənlər müsəlmanlardır. Onlar sadəcə zülmə, irqçiliyə və əsarətə qarşı çıxış ediblər: 

"Bu şəxsləri edam etməklə rejim əslində İslam dininə qarşı mübarizə apardığını nümayiş etdirmiş olur. Rejimin söykəndiyi ideologiya özündən olmayanların, yəni həmin etiqada qarşı çıxanların malını və canını dəyərsiz hesab edir. Fars rejimi, əslində, müsəlman olduqları üçün xalqdan intiqam alır. İran hakimiyyətinin mahiyyəti tarixdə mövcud olmuş Qərmətilər və Həşşaşilər kimi terror təşkilatlarının prinsiplərinə söykənir. Bəşəriyyət üçün ciddi təhdid olan bu ideologiya artıq İran xalqını müəyyən dərəcədə İslamın həqiqi mahiyyətindən uzaqlaşdıra bilib. Rejim öz ideologiyasını din adı ilə təqdim etməyə çalışsa da, xalq bunu qəbul etmədiyi üçün ümumilikdə dindən uzaqlaşır".

Ekspert əlavə edib ki, onlar qədim Sasani şahlarının idarəçilik üsullarını İslam və məzhəb adı altında müsəlman xalqlara qarşı tətbiq edirlər. Onun fikrincə, İran rejimini formalaşdıran Qərbin siyasi və ideoloji institutları bundan müsəlman ölkələrinə qarşı təsir vasitəsi kimi istifadə edirlər:

"Buna görə də oradakı edamlar bir çoxlarını ciddi şəkildə narahat etmir. Ümumilikdə İran rejiminin ideoloji mahiyyəti qan, ölüm, işgəncə və zülm üzərində qurulub. Bu xüsusiyyətlər onların “dini mənbələr” adı altında təbliğ etdikləri ideoloji mətnlərdə də açıq şəkildə əks olunur", - deyə Tural İrfan deyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı 11:29 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Bütün Xəbərlər