Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?"

Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?"
05.06.2026 11:24 Cəmiyyət

Türkiyəli bloger Fatih Koparan Azərbaycana gəlib. O, səfəri zamanı Qarabağı ziyarət edib. Bu zaman bloger sakinlərlə söhbət edib. Onlar Qarabağdan fəxrlə danışsalar da bir nəfər narazılıqlarını bildirib. Yaşlı sakin Laçında insanların yaşamadığını, onların yenidən Bakıya köçdüyünü iddia edib.

Bu hissə Fatih Koparanın tam videosunda yer almasa da, fərqli səhifələr tərəfindən sosial mediada yayılıb və müzakirələrə səbəb olub.

Buna cavab olaraq isə hərbi ekspert Ədalət Verdiyev Laçının Sus kəndindən şəkil paylaşıb. Görüntüdə məktəbli uşaqlar yer alır.

"Sus kənd məktəbində oxuyanlar Marsdan gəlib?", - deyə o, rəydə qeyd edib.

Qeyd edək ki, Azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" çərçivəsində Qarabağa ilk köçü 2022-ci il iyulun 19-da başlayıb.

Türkan İsgəndərli

FOTOLAR

Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" — 1
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər