Omana hücum: Neft terminalını göyə uçurdular

Omana hücum: Neft terminalını göyə uçurdular
05.06.2026 10:49 Dünya

Omanın paytaxtı Musqat yaxınlığında yerləşən Mina al-Fahal Oil Terminal neft terminalında pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hadisədən sonra terminalda neft yükləmə və yükdaşıma əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Həmçinin bildirilib ki, partlayış terminalın dənizdəki yükləmə qurğularının yaxınlığında qeydə alınıb və bir neçə supertanker liman ətrafında gözləmə vəziyyətində qalıb.

Qeyd edək ki,  hadisə İranla Oman arasında yeni tranzit qaydaları üzrə danışıqların aparıldığı bir vaxta təsadüf edir. Lakin hazırda hücumun bu siyasi gərginliklə birbaşa əlaqəsi təsdiqlənməyib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər