Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır!

Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır!
05.06.2026 10:02 İdman

Azərbaycanın qadınlardan ibarət milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

TodayPress TV xəbər verir ki, millimiz C Liqasının 3-cü qrupunda liderlik uğrunda əsas rəqiblərdən olan Macarıstan yığması ilə qarşılaşacaq.

Sloveniyalı hakim Vanya Yankoviç matçın baş hakimi olacaq. Qarşılaşma Sumqayıtdakı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Siyasət Əsgərovin rəhbərlik etdiyi kollektiv daha əvvəl Andorranı evdə 3:1, səfərdə isə 2:0 hesabı ilə məğlub edib. Millimiz həmçinin Bakıda Şimali Makedoniya üzərində 2:0 hesablı qələbə qazanıb. Komandanın yeganə məğlubiyyəti səfərdə Macarıstana qarşı keçirilən oyunda qeydə alınıb – 0:1.

Hazırda Azərbaycan yığması 9 xalla qrupda ikinci pillədə qərarlaşıb. 10 xalı olan Macarıstan liderdir. Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla sonuncu sırada yer alır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər